Filippində ASEAN-nın 31-ci sammiti öz işinə başlayıb

Filippində ASEAN-nın 31-ci sammiti öz işinə başlayıb Ölkə prezidenti Duterte sammitin açılışında çıxış edib
Digər ölkələr
13 Noyabr , 2017 07:58
Filippində ASEAN-nın 31-ci sammiti öz işinə başlayıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Filippin prezidenti Rodriqo Duterte paytaxt Manilada Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) 31-ci sammitini rəsmən açıq elan edib.

“Report” TASS-a istinadən xəbər verir ki, Duterte çıxışına Filippində terroçuluq problemləri ilə başlayıb.

"Mən çox üzr istəyirəm ki, çıxışıma belə bir mövzu ilə başladım. Sadəcə qeyd etmək istədim ki, bizim yaxın iki gündə keçirəcəyimiz görüşlər və məzmunlu müzakirələrdə terrorçuluq və ekstremizm də daxil olmaqla mühüm beynəlxalq problemlərə toxunulacaq", — deyə o bildirib.

Sammitin açılışında ABŞ prezidenti Donald Tramp, Çin Dövlət Şurasının baş naziri Li Ketsyan, Hindistanın hökumət başçısı Narendra Modi və başqaları iştirak edib.

Son xəbərlər

Orphus sistemi