Filippində 13,2 min insan təxliyyə edilib

Filippində 13,2 min insan təxliyyə edilib Güclü yağış səbəbindən Marikina çayında suyun səviyyəsi 16,4 metrə çatıb.
Digər ölkələr
130
24 İyul , 2021 10:46
Filippində 13,2 min insan təxliyyə edilib

Filippində yağan güclü yağış nəticəsində paytaxt Manilanın şərqində yerləşən Marikina çayında suyun səviyyəsi artmağına görə çay boyu icmalarda yaşayan azı 13,2 min nəfər təxliyyə edilib.

“Report” xəbər verir ki, bu barədə şənbə günü respublikanın Risk Xəbərdarlığı və Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Milli Şurasından məlumat verilib.

Şuranın nümayəndəsi Mark Keşin Timbalın verdiyi məlumata görə, 3 077 ailə və ya 13 225 nəfər təxliyyə edilib. Daşqınlara meylli olan alçaq yaşayış məntəqələrindən olan insanlar Marikinanın 28 şəhər mərkəzində yerləşdiriliblər.

Güclü yağış səbəbindən Marikina çayında suyun səviyyəsi 16,4 metrə çatıb. Nəticədə səlahiyyətlilər xəbərdarlıq səviyyəsini ikinci səviyyəyə qədər qaldırıblar ki, bu da sakinlərin ölkənin daha yüksək bölgələrinə köçürülməsini nəzərdə tutur.

Timbal həmçinin qeyd edib ki, Risal vilayətində yerləşən Rodriges, San Mateo və Taytay şəhərlərində də daşqınlar olub. Vurğulanıb ki, bu yaşayış məntəqələrindən olan 439 ailə 10 evakuasiya mərkəzində yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi