Filippində 11 İŞİD tərəfdarı öldürülüb

Filippində 11 İŞİD tərəfdarı öldürülüb Silahlı toqquşmalarda 4 əsgər yaralanıb
Digər ölkələr
27 Noyabr , 2016 21:17
Filippində 11 İŞİD tərəfdarı öldürülüb

Bakı. 27 noyabr. REPORT.AZ/ Filippinin hökumət qüvvələri İŞİD terror qruplaşmasına sədaqət andı içmiş 11 nəfəri ölkənin cənubunda məhv edib.

"Report"un məlumatına görə, bu barədə "Mignews.com" hərbçilərə istinadən xəbər verib.

Məlumata görə, İŞİD-ə yaxın silahlı birləşmələrdən olan "Maute Group"un üzvləri ilə toqquşmalarda 4 əsgər yaralanıb. Polkovnik Edqard Arevalo qruplaşma üzvlərinin İŞİD bayrağını qaldırdıqları bildirib.

"Bunu gözləmək lazım idi, çünki onlar çoxdan xarici terror qruplaşmasına sədaqət andı içiblər", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi