Filippində güclü yeraltı təkanlar qeydə alınıb.
Bu barədə “Report” ABŞ Geoloji xidmətinin məlumatına istinadən xəbər verir.
Qeyd olunub ki, zəlzələnin gücü 6,1 bal olub. Zəlzələnin episentri Mindanao adasının Şərqi Davao əyalətində yerləşən Mati şəhərindən (əhali təxminən 105 min nəfər) 113 km cənub-şərqdə, 80 kilometr dərinlikdə baş verib.
Sunami təhlükəsi, dağıntı və tələfat barədə məlumat verilməyib.