Filippin sahillərində daha bir zəlzələ qeydə alınıb - YENİLƏNİB

Filippin sahillərində daha bir zəlzələ qeydə alınıb - YENİLƏNİB Filippin sahillərində 5,8 maqnitudada zəlzələ qeydə alınıb.
Digər ölkələr
13 iyun 2024 04:54
Filippin sahillərində daha bir zəlzələ qeydə alınıb - YENİLƏNİB

Filippin sahillərində 5,8 manitudada zəlzələ qeydə alınıb.

"Report"un xəbərinə görə, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri təxminən 498 min insanın yaşadığı Saranqani şəhərindən (Mindanao adası) 179 km cənub-şərqdə, zəlzələ ocağı 33 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Qeyd edək ki, bu, Filippin sahillərində qeydə alınan ikinci zəlzələdir.

01:58

Filippin sahillərində 5,8 maqnitudada zəlzələ qeydə alınıb.

“Report”un xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, təbii hadisənin episentri təxminən 679 min insanın yaşadığı General Santos şəhərindən 241 km cənub-şərqdə, zəlzələ ocağı 34 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

Son xəbərlər

Orphus sistemi