Yuxarı
    Bağlamaq

    Filippin prezidentinin beş mühafizəçisi silahlılarla toqquşmada xəsarət alıb

    Hücum zamanı ölkə prezidenti ərazidə olmayıb

    Bakı. 19 iyul. REPORT.AZ/ Filippin prezidenti Rodriqo Dutertenin beş mühafizəçisi ölkədə fəaliyyət göstərən qanunsuz silahlı birləşmənin üzvləri ilə atışmada xəsarət alıb.

    "Report" CNN televiziyasına istinadən xəbər verir ki, hadisə Mindanao adasında Kotabato əyalətində baş verib.

    President mühafizəsinin 10 nümayəndəsi olan iki avtomobil nəzarət-buraxılış məntəqələrinin birində əsgər paltarı geymiş 50 yaraqlı tərəfindən saxlanılıb. Mühafizəçilər silahlı adamların hərbçi olmadıqlarını anlayandan sonra onlara atəş açıblar. Yaraqlıları hökumət qoşunları təqib edir.

    Məlumata görə, hücum zamanı ölkə prezidenti regionda olmayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi