Filippin prezidenti oğlunun narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olması iddialarını təkzib edib

Filippin prezidenti oğlunun narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olması iddialarını təkzib edib "Polisə “narkotik maddələrin qaçaqmalçılığı ilə oğlum da məşğul olsa öldürün” tapşırığını vermişəm”
Digər ölkələr
21 Sentyabr , 2017 15:52
Filippin prezidenti oğlunun narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olması iddialarını təkzib edib

Bakı. 21 sentyabr. REPORT.AZ/ "Polisə “narkotik maddələrin qaçaqmalçılığı ilə oğlum da məşğul olsa öldürün” tapşırığını vermişəm”.

“Report” TRT-yə istinadən xəbər verir ki, bunu Filippin prezidenti Rodriqo Duterte sentyabrın 21-də ölkə paytaxtı Manilada mükafatlandırma mərasimindəki çıxışında bildirib.

O, müxalifətdə olan senator Antonio Trillanesin gündəliyə çıxardığı Davao bələdiyyəsi sədrinin müavini, oğlu Paolo Dutertenin narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olması iddialarını təkzib edib: “Polisə tapşırıq verdim. Övladlarımdan biri bu işlə məşğul olarsa, deyiləcək bir sözün olmaması üçün öldürün. Paoloya da belə dedim: “Sən belə bu işdə tutulsan, polisə öldürün deyər, sonra da səni öldürən polisi qoruyaram”.

Qeyd edək ki, R.Duterte 2016-cı il iyulun 30-dan Filippinin prezidentdir. Ötən müddət ərzində narkotiklə bağlı əməliyyatlarda 5 mindən çox şübhəli öldürülüb. Prezident məhkəməsiz ölümlərə görə BMT və insan haqlarını müdafiə edən qurumlarının tənqidinə məruz qalıb. Bu səbəbdən ABŞ Dövlət Departamenti Filippin polisinin istifadəsi üçün sifariş edilən 27 min tüfəngin ixracatına icazə verməyib. 

Son xəbərlər

Orphus sistemi