Filippin prezidenti Allahın varlığı ona sübut olunsa istefaya getməyə söz verib

Filippin prezidenti Allahın varlığı ona sübut olunsa istefaya getməyə söz verib Rodriqo Duterte kosmosda nizam-intizamı dəstəkləyən hər hansı ali qüvvənin olduğunu istisna etmir
Digər ölkələr
7 İyul , 2018 10:32
Filippin prezidenti Allahın varlığı ona sübut olunsa istefaya getməyə söz verib

Bakı. 7 iyul. REPORT.AZ / Filippinin Prezidenti Rodriqo Duterte kimsə Allahın varlığını ona sübut etsə, istefaya getməyə söz verib. 

Bu barədə "Report" "İnterfaksa" istinadən xəbər verir.

Onun sözlərinə görə, bir şahidin və insanın Tanrı ilə danışa biləcəyini sübut edən fotoşəkilin olması ona kifayətdir.

R.Duterte eyni zamanda kosmosda nizam-intizamı dəstəkləyən hər hansı ali qüvvənin olduğunu istisna etməyib.

Xatırladaq ki, ötən həftə Filippinin prezidenti əksəriyyəti katoliklər təşkil edən həmvətənlilərini şoka salaraq Allahı təhqir edən ifadələr işlətmişdi.

Son xəbərlər

Orphus sistemi