Yuxarı
    Bağlamaq

    Filippin polisi Manilada otelə hücumla bağlı terror aktı versiyasını istisna edib - VİDEO

    Hücumun qarət məqsədi daşıdığı və insanlara qarşı yönəlmədiyi bildirilir© Youtube

    Bakı. 2 iyun. REPORT.AZ/ Filippin polisi paytaxt Manilada yerləşən "Resorts World" otelinə silahlı hücumun terror aktı olması ilə bağlı bütün fərziyyələri rədd edib.

    "Report" "Sinxua"ya istinadən xəbər verir ki, hücumun qarət məqsədi daşıdığı və insanlara qarşı yönəlmədiyi bildirilir.

    Ölkə paytaxtında yerləşən oteldə partlayış və atışma olub. İnsident nəticəsində azı 25 nəfər xəsarət alıb. İŞİD hadisə ilə bağlı məsuliyyəti üzərinə götürüb.

    Hadisə şahidlərinin sözlərinə görə, qara maskalı silahlı şəxslər otelə daxil olaraq atəş açmağa başlayıblar. Polis bildirir ki, cinayətkarlar bir neçə atəş açıb və bir neçə stulu yandırıblar. Bununla belə, silah insanlara qarşı yönəldilməyib. Oteldəki müşahidə kamerasından görüntülər də paylaşılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi