Filippin ölkəyə giriş zamanı çinlilərə viza verilməsini dayandırıb

Filippin ölkəyə giriş zamanı çinlilərə viza verilməsini dayandırıb Filippin İmmiqrasiya Bürosu yeni koronavirusun yayılması qorxusu fonunda Çin vətəndaşlarına ölkəyə gəliş zamanı viza verilməsini dayandırıb.
Digər ölkələr
28 Yanvar , 2020 10:43
Filippin ölkəyə giriş zamanı çinlilərə viza verilməsini dayandırıb

Filippin İmmiqrasiya Bürosu yeni koronavirusun yayılması qorxusu fonunda Çin vətəndaşlarına ölkəyə gəliş zamanı viza verilməsini dayandırıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Bürodan Filippinin çinli turistlərin ölkəyə girməsini qadağan etmədiyini, sadəcə, səyahət edənlərin axınını yavaşlatmaq və bəlkə də yeni növ koronavirusun ölkəyə daxil olmasının qarşısını almaq üçün bu addımı atdığını bildiriblər.

Qeyd edək ki, çinli turistlər 2017-ci ildən bəri hava limanında viza alaraq Filippinə daxil ola bilirdi.

Xatırladaq ki, Çinin Dövlət Səhiyyə Komitəsinin son məlumatına görə, yeni növ koronavirusa yoluxanların ümumi sayı 4515 nəfərə çatıb, onlardan 106 nəfəri ölüb.

Qeyd edək ki, Çinin materik hissəsindən kənarda Honkonq, Makao, Tayvan, Tayland, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada yoluxma halları qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi