Filippində təbii fəlakət: 16 nəfər ölüb, 390 min sakin təxliyə edilib

Filippində təbii fəlakət: 16 nəfər ölüb, 390 min sakin təxliyə edilib Təbii fəlakət nəticəsində dəyən ziyan hesablanır.
Digər ölkələr
1577
2 Noyabr , 2020 10:10
Filippində təbii fəlakət: 16 nəfər ölüb, 390 min sakin təxliyə edilib

Filippində “Qoni” (“Rolli”) adlı qasırğa nəticəsində azı 16 nəfər ölüb, 3 nəfər itkin düşüb.

“Report” yerli “Rappler” qəzetinə istinadən xəbər verib ki, bu barədə Filippin Mülki Müdafiə İdarəsindən bildirilib.

Məlumata görə, bir 5 yaşlı uşaq olmaqla Albay əyalətində 10 nəfər, Katanduanes əyalətində isə 6 nəfər ölüb.

Bildirilib ki, qasırğa 372 min ailəyə, yaxud 2 milyon insana ziyan vurub. 390 min sakin təxliyə edilib. 8,5 min ev elektrik enerjisi təchizatından məhrum olunub. Təbii fəlakət nəticəsində dəyən ziyan hesablanır.

Son xəbərlər

Orphus sistemi