Filadelfiyada iki qatar toqquşub, 30-dan çox adam xəsarət alıb

Filadelfiyada iki qatar toqquşub, 30-dan çox adam xəsarət alıb Xəsarət alanların dördünün vəziyyəti ağırdır
Digər ölkələr
22 Avqust , 2017 11:03
Filadelfiyada iki qatar toqquşub, 30-dan çox adam xəsarət alıb
Getty Image

Bakı. 22 avqust. REPORT.AZ/ ABŞ-ın Filadelfiya şəhərinin ətrafında dəmir yolu stansiyasında iki qatarın toqquşması nəticəsində 33 nəfər xəsarət alıb.

"Report" AP-yə istinadən xəbər verir ki, yerli hökumət orqanları xəsarət alanların dördünün vəziyyətinin ağır olduğunu bildirib.

Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə araşdırılır.

Son xəbərlər

Orphus sistemi