Fikri İşık: "Türkiyə Rusiya ilə S-400 sistemlərinin alınması barədə danışıqlar aparır"

Fikri İşık: "Türkiyə Rusiya ilə S-400 sistemlərinin alınması barədə danışıqlar aparır" Türkiyənin müdafiə naziri: "Sistemin NATO-nun tələblərinə uyğun olacağına ümid edirik"
Digər ölkələr
18 Noyabr , 2016 14:26
Fikri İşık: Türkiyə Rusiya ilə S-400 sistemlərinin alınması barədə danışıqlar aparır

Bakı. 18 noyabr. REPORT.AZ/ "Türkiyə uzaq və orta mənzilli S-400 zenit-raket sistemlərinin alınmasına dair Rusiya ilə danışıqlar aparır."

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Fikri İşık bildirib.

O deyib ki, raket əleyhinə müdafiə sistemi üzrə işlər davam etdirilir. 

"S-400 zenit-raket sistemlərinin satın alınmasına dair yalnız Rusiya ilə yox, həm də analoji sistemləri olan digər ölkələrlə danışıqlar aparırıq. İndi Rusiyanın bu məsələ ilə bağlı mövqeyi müsbətdir. NATO-ya üzv ölkələrin bu məsələyə ciddi yanaşacağına və sistemimizin Alyansın tələblərinə uyğun olacağına ümid edirik. Bu, Rusiyanın təklifinin qəbul olunması anlamına gəlmir, bütün variantları təhlil edəcəyik. Bu işdə yekun məqsəd sistemlərin öz ölkəmizdə istehsalını təşkil etməkdir", - deyə F.İşık NTV telekanalının edirində söyləyib.

Xatırladaq ki, Türkiyə ilk dəfə 2009-ci ildə S-400 raket kompleksləri ilə maraqlansa da, o zaman əməkdaşlıq dayandırılıb.

Son xəbərlər

Orphus sistemi