Fidel Kastro vəfat edib

Fidel Kastro vəfat edib Fidel Kastro 1959-2008-ci illərdə Kubaya rəhbərlik edib
Digər ölkələr
26 Noyabr , 2016 09:28
Fidel Kastro vəfat edib

Bakı. 26 noyabr. REPORT.AZ/ Kuba inqilabının lideri Fidel Kastro 90 yaşında vəfat edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə mərhumun qardaşı, Kubanın dövlət başçısı Raul Kastro məlumat verib.

Qeyd edək ki, Fidel Alejandro Kastro Ruz 1926-cı ildə anadan olub. O, 1959-1976-ci illərdə Kuba Nazirlər Şurasının sədri (baş nazir), 1976-2008-ci illərdə isə Dövlət Şurasının sədri (prezident) olub. 1961-2011-ci illərdə Kuba Kommunist Partiyasının birinci katibi vəzifəsində çalışıb. 1979-1983 və 2006-2008-ci ilədə isə Qoşulmama Hərəkatının baş katibi olub. 

Son xəbərlər

Orphus sistemi