Yuxarı

​Ficidə tropik qasırğa nəticəsində 29 nəfər həyatını itirib

Ölənlərin sayının əhəmiyyətli dərəcədə artma təhlükəsi var

Bakı. 23 fevral. REPORT.AZ/ Ötən bazar Ficidə baş verən tropik "Uinston" qasırğası nəticəsində 29 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı yerli hakimiyyət məlumat yayıb.

Məlumata görə, Fici arxipelaqının ayrı-ayrı adalarından itkilər barədə məlumatlar daxil olmaqdadır. Ölənlərin sayının əhəmiyyətli dərəcədə artma təhlükəsi var.

Milli Fövqəladə Vəziyyətlər Mərkəzinin məlumatlarına əsasən, evsiz qalan 8 min ficili sığınacaq və təxliyə mərkəzlərində qalmaqdadırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi