Fevralın ilk həftəsində Suriyada min nəfər həlak olub

Fevralın ilk həftəsində Suriyada min nəfər həlak olub Bakı. 11 fevral. REPORT.AZ/ BMT hesab edir ki, fevralın birinci həftəsində Suriyada 1000 nəfər hava zərbələrinin qurbanı olub.
Digər ölkələr
11 Fevral , 2018 07:47
Fevralın ilk həftəsində Suriyada min nəfər həlak olub

Bakı. 11 fevral. REPORT.AZ/ BMT hesab edir ki, fevralın birinci həftəsində Suriyada 1000 nəfər hava zərbələrinin qurbanı olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib.

O, qeyd edib ki, baş katib Antoniu Quterreş Suriyada və onun sərhədləri xaricində hərbi eskalasiyanın narahatlıq doğruan təhlükəli nəticələrini diqqətlə müşahidə edir. Son hadisələr münaqişənin demək olar, yeddi il ərzindəki ən qanlı dövrlərindən biridir. 

"Yalnız fevralın birinci həftəsi ərzində mindən çox vətəndaşın hava zərbələrinin qurbanı olması haqqında xəbərlər daxil olub", - deyə onun açıqlamasına bildirilir.

"Baş katib yenidən vurğulayır ki, Suriyada və regionda bütün tərəflər məsuliyyət daşıyırlar və beynəlxalq qanunvericiliyə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etməlidirlər", - deyə Dyujarrik əlavə edib.

Son xəbərlər

Orphus sistemi