Bakı. 22 iyul. REPORT.AZ/ Fələstinli İordan çayının Qərb sahilində yaşayış məskəninə daxil olaraq üç israillini qətlə yetirib.
"Report" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinə istinadən "Associated Press" məlumat yayıb.
Bildirilir ki, iki israilli hadisə yerində ölüb və daha iki nəfər xəsarət alıb. Sonradan zərərçəkənlərdən biri aldığı yaralardan keçinib.