Fələstində koronavirusa yoluxanların sayı 540-ı ötdü

Fələstində koronavirusa yoluxanların sayı 540-ı ötdü Fələstində koronavirusa yoluxanların sayı 547 nəfərə çatıb.
Digər ölkələr
9 May , 2020 13:50
Fələstində koronavirusa yoluxanların sayı 540-ı ötdü

Fələstində koronavirusa yoluxanların sayı 547 nəfərə çatıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, 3 pasiyent infeksiya qurbanı olub, 282 nəfər isə koronavirusdan sağalıb.

Fələstin dövlətinin başçısı Mahmud Abbas mayın 5-də fövqəladə vəziyyət rejiminin 30 gün uzadılmasına dair sərəncam imzalayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 276 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi