Fələstində hərbçilərlə etiraz aksiyaçıları arasında toqquşmada yaralananların sayı 233 nəfərə çatıb - YENİLƏNİB-2

Fələstində hərbçilərlə etiraz aksiyaçıları arasında toqquşmada yaralananların sayı 233 nəfərə çatıb - YENİLƏNİB-2 Bakı. 8 dekabr. REPORT.AZ/ Fələstində Qüdsün, İordan çayının qərb sahilinin və Qəzza zolağının sərhədyanı rayonlarında cümə namazından sonra keçirilən etiraz aksiyasına hərbçilərin müdaxiləsi nəticəsində yaralananların sayı 233 nəfərə çatıb.
Digər ölkələr
8 Dekabr , 2017 17:22
Fələstində hərbçilərlə etiraz aksiyaçıları arasında toqquşmada yaralananların sayı 233 nəfərə çatıb - YENİLƏNİB-2
Reuters

Bakı. 8 dekabr. REPORT.AZ/ Fələstində Qüdsün, İordan çayının qərb sahilinin və Qəzza zolağının sərhədyanı rayonlarında cümə namazından sonra keçirilən etiraz aksiyasına hərbçilərin müdaxiləsi nəticəsində yaralananların sayı 233 nəfərə çatıb.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Fələstin həkimləri bildiriblər.

İsrail hərbçilərinin hesablamasına əsasən, İordan çayının qərb sahilində keçirilən etiraz aksiyasında 3 min nəfər, Qəzza zolağının sərhəd rayonunda isə bir neçə yüz nəfər iştirak edib.

Məlumata görə, İordan çayının qərb sahili və Qüdsdə 217 nəfər, Qəzza zolağında isə 16 nəfər yaralanıb.


*** 16:53

Fələstində Qüdsün, İordan çayının qərb sahilinin və Qəzza zolağının sərhədyanı rayonlarında cümə namazından sonra keçirilən etiraz aksiyasına hərbçilərin müdaxiləsi nəticəsində 110 nəfər yaralanıb.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Fələstin Qızıl Ay Cəmiyyətinin nümayəndəsi İrab əl-Fukah bildirib.

“İordan çayının Qərb sahili və Qüdsdə 95 nəfər, Qəzza zolağında isə 15 nəfər yaralımız var”, - o vurğulayıb.


*** 15:48

Fələstində İordan çayının qərb sahilində cümə namazından sonra keçirilən etiraz aksiyasına hərbçilərin müdaxiləsi nəticəsində 40 nəfər, o cümlədən bir uşaq yaralanıb.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Fələstin Qızıl Ay Cəmiyyətinin nümayəndəsi İrab əl-Fukah bildirib.

Hərbçilər Nablus şəhərindəki aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan və həqiqi güllələrdən istifadə ediblər.

Məlumatda bildirilib ki, qarşıdurmalar Fələstinin Xevron və Kalkilya şəhərləri ətrafında da baş verib. Qüdsün tarixi mərkəzində də polislərlə müsəlman dindarlar arasında toqquşma olub.  

Qeyd edək ki, Fələstində üç gün müddətinə Milli Qəzəb Günü elan olunub. HƏMAS lideri İsmayıl Haniyə İsrailə qarşı yeni bir intifadə çağırışı elan edib.

Xatırladaq ki, dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı olaraq tanıdıqları haqqında qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi