Fələstin Milli Şurası Mahmud Abbasa İsrailin tanınmasını ləğv etməyi tapşırıb

Fələstin Milli Şurası Mahmud Abbasa İsrailin tanınmasını ləğv etməyi tapşırıb Bakı. 15 may. REPORT.AZ/ Fələstin Milli Şurası Mahmud Abbasın qarşısına iki gün ərzində İsrailin tanınmasını ləğv etmək vəzifəsi qoyub.
Digər ölkələr
15 May , 2018 16:52
Fələstin Milli Şurası Mahmud Abbasa İsrailin tanınmasını ləğv etməyi tapşırıb
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ Fələstin Milli Şurası Mahmud Abbasın qarşısına iki gün ərzində İsrailin tanınmasını ləğv etmək vəzifəsi qoyub.

"Report" xəbər verir ki, bu barədə Fələstinin Rusiyadakı səfiri Əbdülhafiz Nofəl "Rossiya seqodnya" beynəlxalq informasiya agentliyində keçirilən mətbuat konfransında bildirib.

"Fələstin Milli Şurası Mahmud Abbası yenidən İcraiyyə Komitəsinə seçib. Dünən onun qarşısına iki gün ərzində İsrailin tanınmasını ləğv etmək vəzifəsi qoyulub. Bunun necə nəticələnəcəyini görəcəyik. Məncə, bu, Fələstin rəhbərliyindən təkcə Fələstin xalqına yox, həm də Ərəb ölkələrinin liderlərinə mesajdır", - Ə.Nofəl vurğulayıb.

Qeyd edək ki, Qəzza sektoru sərhədində İsrail hərbçiləri ilə toqquşmalar zamanı, təqribən, 60 fələstinli həlak olub, 3 min nəfər isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi