​Fələstin lideri hökuməti buraxmaq niyyətində olduğunu bildirib

​Fələstin lideri hökuməti buraxmaq niyyətində olduğunu bildirib Buna səbəb onun Qəzzada öz öhdəliklərini yerinə yetirə bilməməsidir
Digər ölkələr
17 İyun , 2015 05:08
​Fələstin lideri hökuməti buraxmaq niyyətində olduğunu bildirib

Bakı. 17 İyun. REPORT.AZ/ Fələstin lideri Mahmud Abbas çərşənbə axşamı yaxın günlərdə hökuməti buraxmaq niyyətində olduğunu açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə Fələstin rəhbərliyindəki mənbəyə istinadən İsrailin "Yediot axronot" nəşri məlumat yayıb.

Hökumətin istefaya göndərilməsinin səbəbi onun Qəzza zolağında öz öhdəliklərini yerinə yetirə bilməməsi və HƏMAS-ın onun işinə maneəçilik törətməsidir.

Mənbənin məlumatına görə, Abbas baş nazir Hami Abdulla ilə görüşəcək, ondan öz postunda qalmağı və yeni hökumət formalaşdırmağı xahiş edəcək.

Son xəbərlər

Orphus sistemi