Bakı. 13 aprel. REPORT.AZ/ Fələstin dövlətinin prezidenti Mahmud Abbas may ayının əvvəlində ABŞ-a rəsmi səfər edəcək.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Fələstinin xarici işlər naziri Riyad əl-Maliki bildirib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Fələstin liderini Ağ evdə qəbul edəcək.
Nazir bildirib ki, D.Trampın bu görüşdə iştirak etməsi İsrail-Fələstin danışıqlarının bərpasına, müstəqil Fələstin dövlətinin yaranması üçün tarixi razılaşmaya səbəb ola bilər.
Xatırladaq ki, bu ilin martında ABŞ prezidenti D.Tramp telefon danışığı zamanı Mahmud Abbası Ağ evə dəvət edib. O zaman ABŞ lideri Fələsin dövlətinin başçısını İsraillə danışıqları bərpa etməyə çağırmışdı.