​Fələstin Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olur

​Fələstin Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olur ​Riyad Mənsur: "Beynəlxalq Cinayət Məhkəməsinin iştirakçılarına qoşulmaq hər bir müşahidəçi dövlətin haqqıdır"
Digər ölkələr
3 Yanvar , 2015 11:53
​Fələstin Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olur

Bakı. 3 yanvar. REPORT.AZ/ Fələstin Dövlətinin 16 beynəlxalq konvensiya, müqavilə və sazişə qoşulması haqda sənədlərin nüsxələri BMT katibliyinə təqdim edilib. "Report"un verdiyi xəbərə görə, Fələstinin BMT nəzdində daimi müşahidəçisi Riyad Mənsur jurnalistlərə açıqlamasında bildirib ki, 15 sənəd arasında Beynəlxalq Cinayət Məhkəməsinin təsis olunduğu Roma statutu də yer alıb.

"Beynəlxalq Cinayət Məhkəməsinin iştirakçılarına qoşulmaq hər bir müşahidəçi dövlətin haqqıdır. Bu baxımdan Fələstin də istisna deyil", - o deyib. 

R.Mənsur əlavə edib ki, müəyyən olunmuş prosedurlara əsasən, Fələstin 60 gündən sonra Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) 123-cü üzvü olacaq. 

Qeyd edək ki, sənədlərin əsli yanvarın 1-də BMT-nin Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatorunun müavininə təqdim edilib. Bu sənədlərin depozitçisi qismində BMT-nin baş katibi çıxış edir. Sənədlər gələcək addımları müəyyənləşdirmək üçün öyrəniləcək.

Son xəbərlər

Orphus sistemi