Yuxarı

Federika Mogerini İran XİN başçısı ilə görüşüb

Görüşün əsas mövzusu İrana qarşı sanksiyaları aradan götürəcək yekun sənədin imzalanmasından əvvəl görülən işlərin müzakirəsi olub

Bakı. 16 yanvar. REPORT.AZ/ Avropa diplomatiyasının rəhbəri Federika Mogerini və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Vyanada görüşüb.

"Report" xəbər verir ki, görüşün əsas mövzusu İrana qarşı sanksiyaları aradan götürəcək yekun sənədin imzalanmasından əvvəl görülən işlərin müzakirəsi olub.

Qeyd edək ki, Vyanada M.C.Zərif ABŞ dövlət katibi Con Kerri ilə də görüşəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi