Federika Mogerini: "Türkiyə və Aİ narahatlıq doğuran məsələləri Ankarada müzakirə edəcək"

Federika Mogerini: "Türkiyə və Aİ narahatlıq doğuran məsələləri Ankarada müzakirə edəcək" "Türkiyə Aİ-yə daxil olmağa namizəd ölkə və Aİ-nin əsas tərəfdaşlarındandır"
Digər ölkələr
26 Avqust , 2016 17:21
Federika Mogerini: Türkiyə və Aİ narahatlıq doğuran məsələləri Ankarada müzakirə edəcək

Bakı. 26 avqust. REPORT.AZ/ "Türkiyə və Avropa İttifaqı (Aİ) sentyabrın 9-da Ankarada qarşılıqlı maraqları və narahatlıq doğuran məsələləri müzakirə edəcək".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini deyib.

"Aİ və Türkiyə arasında yüksək səviyyəli növbəti dialoq sentyabrın 9-da Ankarada Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han və mənim iştirakımla keçiriləcək. Bu dialoq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Aİ işləri üzrə nazir Ömər Çeliklə qarşılıqlı maraq və narahatlıq doğuran məsələləri müzakirə etməyə imkan yaradacaq", - F.Mogerininin bəyanatında vurğulanır.

Xanım diplomat bildirib ki, Türkiyə Aİ-yə daxil olmağa namizəd ölkə və Aİ-nin əsas tərəfdaşlarındandır.

"Aİ yenə də ortaq problemlərin həlli üçün demokratik, açıq Türkiyə ilə birgə əməkdaşlıq ideyasına sadiqdir", - deyə Aİ diplomatiyasının rəhbəri əlavə edib.

Son xəbərlər

Orphus sistemi