Bakı. 20 noyabr. REPORT.AZ/
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Aİ üzvü olan ölkələrin müdafiə nazirləri ilə görüşü ərəfəsində jurnalistlərə qurumun xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerini bildirib.
“Yaxın bir-iki il ərzində nəinki bütün təlim missiyalarımıza cavabdeh olacaq, hətta bəzi irimiqyaslı, 2,5 minədək uniformalı hərbçinin iştirak edəcəyi əməliyyatları idarə edəcək hərbi planlaşdırma mexanizmini elə burada, Brüsseldə gücləndirmək qərarına gəlmişik. Bu, irəliyə mühüm addım deməkdir”, - o vurğulayıb.
Ümumiyyətlə, Aİ ölkələrinin müdafiə nazirləri böhran şəraitində, yəni sabitsizlik və ya münaqişə dövründə asayişi və yerli hakimiyyəti dəstəkləyəcək mülki missiyaları yerləşdirmək üçün təşkilatın imkanlarını səfərbər etmək barədə razılığa gəliblər. Hazırda Aİ 10 bölgədə bu cür mülki əməliyyatlar həyata keçirir.
Xatırladaq ki, bu yaxınlarda Avropa İttifaqının müştərək silahlı qüvvələrini yaratmaq təklifi irəli sürülmüşdü.