Federal məhkəmə: “İraq Konstitusiyasında hər hansı bölgənin respublikanın tərkibindən çıxması haqqında maddə yoxdur”

Federal məhkəmə: “İraq Konstitusiyasında hər hansı bölgənin respublikanın tərkibindən çıxması haqqında maddə yoxdur” İraq Federal Məhkəməsi muxtariyyətin bu ərəb dövlətinin tərkibindən çıxmasının mümkünsüzlüyü barədə qərar qəbul edib
Digər ölkələr
6 Noyabr , 2017 14:37
Federal məhkəmə: “İraq Konstitusiyasında hər hansı bölgənin respublikanın tərkibindən çıxması haqqında maddə yoxdur”

Bakı. 6 noyabr. REPORT.AZ/ İraq Federal Məhkəməsi İraqın şimalındakı muxtariyyətin bu ərəb dövlətinin tərkibindən çıxmasının mümkünsüz olması barədə qərar qəbul edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Al-Sumaria” telekanalı məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, İraq Konstitusiyasında hər hansı bölgənin respublikanın tərkibindən çıxması haqqında maddə yoxdur.

Qeyd edək ki, bu il sentyabrın 25-də İraqın şimalındakı kürd muxtariyyəti yerli hökumətinin təşəbbüsü ilə bölgənin “müstəqilliyi” barədə “referendum” keçirilmişdi. Bu aksiyanı və nəticələrini heç bir dövlət və benəlxalq qurum tanımayıb. 

Son xəbərlər

Orphus sistemi