FED uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxladı

FED uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxladı ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) yanvar iclasının nəticəsinə əsasən növbəti dəfə uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb.
Digər ölkələr
27 Yanvar , 2021 23:04
FED uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxladı

ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) 2021-ci ildəki ilk iclasının nəticəsinə əsasən növbəti dəfə uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb.

“Report” xəbər verir ki, bu barədə nizamlayıcının rəhbərliyinin iclasının nəticəsinə dair məlumatda bildirilir.

Qeyd olunur ki, komitə (Açıq bazarda əməliyyatlar üzrə) əmək bazarı şərtləri məşğulluğun maksimum qiymətləndirilməsinə uyğun səviyyələrə çatana qədər və inflyasiya artımı 2 faiz olana kimi federal fondlar üzrə payın məqsədli diapazonu səviyyəsini 0-0,25% səviyyəsində saxlamaq niyyətindədir.

Xatırladaq ki, FED ötən ilin dekabrında da uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlamışdı.

Son xəbərlər

Orphus sistemi