Səudiyyə Ərəbistanı Ramazanın ilk günü ilə bağlı qərar verdi

Səudiyyə Ərəbistanı Ramazanın ilk günü ilə bağlı qərar verdi Ramazanın ilk orucunun aprelin 13-də tutulması qərara alınıb. Təravih namazı isə aprelin 12-də İşa namazından sonra qılınacaq.
Digər ölkələr
12 Aprel , 2021 15:17
Səudiyyə Ərəbistanı Ramazanın ilk günü ilə bağlı qərar verdi

Səudiyyə Ərəbistanı Ramazan hilalının bazar günü, yəni aprelin 11-də görünmədiyinə görə müsəlmanlar üçün müqəddəs olan Ramazan ayının başlanğıcını təxirə salıb.

“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Ali Məhkəməsinin məlumatında deyilir.

Məlumata görə, bu səbəbdən Ramazanın ilk orucunun aprelin 13-də tutulması qərara alınıb. Təravih namazı isə aprelin 12-də İşa namazından sonra qılınacaq.

Qeyd edək ki, bir çox başqa ərəb ölkələri də bu məsələdə Səudiyyə Ərəbistanının qərarını nəzərə alırlar.

Son xəbərlər

Orphus sistemi