Yuxarı

Fars körfəzi ölkələri Yəmənə yerüstü hərbi müdaxiləyə hazırlaşırlar

Artıq Türkiyə də əməliyyatlara qoşulmaq niyyətini bəyan edib

Bakı. 27 mart. REPORT.AZ/ Səudiyyə Ərəbistanı və onun müttəfiqləri dünən Yəməndəki şiə qiyamçılarının mövqelərinə başlatdıqları hava zərbələrini hazırda davam etdirirlər. "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Yəməndə müharibənin əleyhinə hələlik yalnız İran, İraq və Rusiya çıxış edirlər.

Hərbi əməliyyatlar Yəmən prezidenti Abdu Hadinin xahişindən sonra başlayıb. Onun tərəfində Səudiyyə Ərəbistanı ilə yanaşı, Küveyt, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Misir, İordaniya, Sudan və Pakistan dayanırlar.

Əməliyyatlara başlamaq barədə əmri Səudiyyə Ərəbistanının kralı verib və bunun üçün 100 qırıcı təyyarə,150 min hərbi qulluqçu ayırıb. ABŞ münaqişənin dinc yolla həllində uzun müddət təkid etsə də, sonda hərbi əməliyyatları təqdir edərək kəşfiyyat və məsləhətlə kömək göstərməyə hazır olduğunu bildirib.

Bir çox dövlətlər bu ölkədəki səfirliklərini bağlayıb və diplomatlarını geri çağırıblar. Artıq Türkiyə də əməliyyatlara qoşulmaq niyyətini bəyan edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi