Fars körfəzi ölkələri BƏƏ-də hərbi təlimlər keçirəcəklər

Fars körfəzi ölkələri BƏƏ-də hərbi təlimlər keçirəcəklər Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələr Birləşmiş Ərəb Əmirliklərində birgə hərbi təlimlər keçirmək niyyətindədirlər.
Digər ölkələr
2 Dekabr , 2024 01:49
Fars körfəzi ölkələri BƏƏ-də hərbi təlimlər keçirəcəklər

Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələr Birləşmiş Ərəb Əmirliklərində birgə hərbi təlimlər keçirmək niyyətindədirlər.

“Report”un məlumatına görə, bu barədə təşkilatın baş katibi Casim Məhəmməd əl-Budayvi bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə Körfəz Əməkdaşlıq Şurası ölkələri müvafiq komitələrin iclaslarını keçirməklə hərbi əməkdaşlığı gücləndirib, həmçinin bir sıra birgə hərbi təlimlər üzərində işləyiblər:

“Bu baxımdan 2026-cı ildə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək “Ada Qalxanı” adlı birgə təlimin keçirilməsinə dair öhdəliyimizi elan etməkdən məmnunam”.

Son xəbərlər

Orphus sistemi