Farhan Hak: "BMT-nin baş katibi İrandakı etirazlar barədə məlumatları yaxından izləyir"

Farhan Hak: "BMT-nin baş katibi İrandakı etirazlar barədə məlumatları yaxından izləyir" BMT həmçinin İranda vətəndaşların dinc toplaşmaq və özünü ifadə etmək hüquqlarına hörmət göstəriləcəyini gözləyir
Digər ölkələr
3 Yanvar , 2018 10:27
Farhan Hak: BMT-nin baş katibi İrandakı etirazlar barədə məlumatları yaxından izləyir

Bakı. 3 yanvar. REPORT.AZ/ "BMT İranda etirazlar zamanı insan ölümü faktlarının qeydə alınmasına görə təəssüflənir və gələcəkdə zorakılığın qarşısının alınacağına ümid edir".

"Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında təşkil edilən mətbuat konfransında təşkilatın mətbuat katibinin müavini Farhan Hak deyib.

"Baş katib İrandakı etirazlar barədə məlumatları yaxından izləyir", - deyə F.Hak bildirib.

BMT həmçinin İranda vətəndaşların dinc toplaşmaq və özünü ifadə etmək hüquqlarına hörmət göstəriləcəyini gözləyir.

Qeyd edək ki, KİV-in son məlumatlarına görə, İranda etirazlar aksiyaları zamanı 20-dən çox adam ölüb.

Son xəbərlər

Orphus sistemi