Yuxarı

​"Facebook"un Almaniyadakı ofisi daşa basılıb

Hücumun motivləri hələ məlum deyil

Bakı. 14 dekabr. REPORT.AZ/ Almaniya polisi "Facebook"un ofisinə daş və rəng atan, həmçinin divarını yazan şəxsləri axtarır.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, şahidlərin dindirilməsi nəticəsində məlum olub ki, ofisə qara geyimli və maskalı 15-20 nəfərə yaxın şəxs hücum edib.

Polis əməkdaşı Yorq Şreder bildirib ki, hücumun motivləri hələ məlum deyil, dəyən ziyan dəqiqləşdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi