“Facebook” nifrət yaradan istifadəçilərin şəxsi məlumatlarını Fransa hökumətinə ötürəcək

“Facebook” nifrət yaradan istifadəçilərin şəxsi məlumatlarını Fransa hökumətinə ötürəcək “Facebook” sosial şəbəkəsi düşmənçilik və nifrət məzmunlu çağırışlar paylaşan istifadəçilərin şəxsi məlumatlarını Fransa məhkəmələrinə ötürməyə razılıq verib.
Digər ölkələr
25 İyun , 2019 21:09
“Facebook” nifrət yaradan istifadəçilərin şəxsi məlumatlarını Fransa hökumətinə ötürəcək

“Facebook” sosial şəbəkəsi düşmənçilik və nifrət məzmunlu çağırışlar paylaşan istifadəçilərin şəxsi məlumatlarını Fransa məhkəmələrinə ötürməyə razılıq verib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, Fransanın rəqəmsal sektoru naziri Sedrik O belə bir təşəbbüsün məhz Fransada həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

“Facebook” rəhbəri Mark Zukerberq ilə Fransa prezidenti Emanuel Makron arasında ötən ildən başlayaraq keçirilən bir sıra görüşlərdə dövlət başçısı nifrət çağırışları və dezinformasiyaları nizama salmaq əzmində olduğunu dilə gətirmişdi. Noyabr ayında “Facebook” Fransa istintaq orqanları ilə sözügedən məsələdə əməkdaşlıq edəcəklərini açıqlamışdı.

Bu il may ayında M.Zukerberq nifrət paylaşımlarının 65 faizinin şikayət gələnədək qeydə alındığını, qanunla qadağan olunmayan hər hansı paylaşımlarla bağlı şirkətin özbaşına qərar verməsinin düzgün olmadığını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi