"Facebook"la canlı yayımda qətl törədən şəxsin tutulması üçün pul mükafatı vəd olunub

"Facebook"la canlı yayımda qətl törədən şəxsin tutulması üçün pul mükafatı vəd olunub ABŞ polisi 50 min dollar məbləğində mükafat təsis edib
Digər ölkələr
130
18 Aprel , 2017 05:57
Facebookla canlı yayımda qətl törədən şəxsin tutulması üçün pul mükafatı vəd olunub

Bakı. 18 aprel. REPORT.AZ/ ABŞ-ın Klivlend şəhər polisi "Facebook"la canlı yayım zamanı qətl törədən şəxsin tutulması üçün faydalı ola biləcək məlumat verənə 50 min dollar məbləğində mükafat vəd edib.

"Report" "Fox News" telekanalına istinadən xəbər verir ki, bunu Klivlend polisinin şefi Kelvin Uilyams deyib.

"Hazırda biz onun harada olduğunu bilmirik", - deyə o əlavə edib.

Faktla bağlı araşdırma aparılır.

Stiv Stivens adlı afroamerikalı sosial şəbəkədə canlı yayım zamanı odlu silah ilə yoldan keçən yaşlı kişini qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi