“Facebook”da nasazlıq yaranıb

“Facebook”da nasazlıq yaranıb Dünyanın bir sıra ölkələrində “Facebook” istifadəçiləri sosial şəbəkənin işində nasazlıqla qarşılaşıblar.
Digər ölkələr
10 Oktyabr , 2020 05:50
“Facebook”da nasazlıq yaranıb

Dünyanın bir sıra ölkələrində "Facebook" istifadəçiləri sosial şəbəkənin işində nasazlıqla qarşılaşıblar.

“Report” xəbər verir ki, bu barədə məşhur internet resurslarında nasazlıqları izləyən "Downdetector" saytı məlumat yayıb.

Portalın məlumatına görə, nasazlıqlar Bakı vaxtı ilə saat 23:24-də ortaya çıxıb. Sosial şəbəkənin işində nasazlıqlardan daha çox ABŞ-da, Böyük Britaniyada, Niderlandda, İtaliyada, Çexiyada və Yunanıstanda qeydə alınıb.

Xidmətin işində problemlər həmçinin Rusiyanın bir sıra şəhərlərində müşahidə edilib.

Son xəbərlər

Orphus sistemi