Bakı. 27 aprel. REPORT.AZ/ Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində seçicilərin 97,5 faizi Nursultan Nazarbayevə səs verib.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu
Beynəlxalq və yerli ekspertlərin fikrincə, bu seçkilərdə görünməmiş seçici fəallığı qeydə alınıb. Belə ki, ilkin məlumatlara görə, səsvermədə seçicilərin 95,11 faizi iştirak edib.
Seçkiləri 900-ə yaxın xarici və 30 min yerli müşahidəçi izləyib. Səsvermə prosesini işıqlandırmaq üçün xarici ölkələrdən 150-dən çox media nümayəndəsi qeydiyyatdan keçib. Müşahidəçilər qeyd edirlər ki Qazaxıstanda seçkilər demokratik və beynəlxalq standartlara uyğun keçib.