​"Exit-poll": Yaponiyada hakim koalisiya qalib gəlib

​"Exit-poll": Yaponiyada hakim koalisiya qalib gəlib Seçkidə 389 namizəd 121 deputat mandatı uğrunda mübarizə aparıb
Digər ölkələr
10 İyul , 2016 15:43
​Exit-poll: Yaponiyada hakim koalisiya qalib gəlib

Bakı. 10 iyul. REPORT.AZ/ Yaponiya parlamentinin Yuxarı Palatasına keçirilən seçkidə hakim Liberal –Demokrat Partiyasının koalisiyası qalib gəlib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu, "Exit poll"un nəticələrində açıqlanıb.

İnfromasiyaya əsasən, hakim koalisiyaya baş nazir Sindzo Abenin Liberal Demokrat Partiyası və Komeyto Partiyası daxildir.

Qeyd edək ki, səsvermə 32 Seçki Dairəsində, 48 min seçki məntəqəsində yerli vaxtla saat 07.00-da (Bakı vaxtı ilə saat 02.00-da) başlayıb.

Məlumatda bildirilib ki, seçkidə 389 namizəd 121 deputat mandatı uğrunda mübarizə aparıb. 

Son xəbərlər

Orphus sistemi