"Exit poll": "Lukaşenko seçkilərdə qalib gəlib

"Exit poll": "Lukaşenko seçkilərdə qalib gəlib Aleksandr Lukaşenko Belarusda bu gün keçirilən prezident seçkilərində qalib gəlib.
Digər ölkələr
767
9 Avqust , 2020 21:06
Exit poll: Lukaşenko seçkilərdə qalib gəlib

Belarusun hazırkı dövlət başçısı Aleksandr Lukaşenko ölkədə bu gün keçirilən prezident seçkilərində qalib gəlib.

"Report" xəbər verir ki, bu barədə "MİR" telekanalı tərəfindən keçirilən "exit poll"un nəticələrində bildirilir. 

Sorğunun nəticələrinə əsasən qeyd edilir ki, hazırkı dövlət başçısı seçicilərin 79,7 faizinin səslərini toplayıb. Onun rəqibi, tutulan bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskaya isə seçkilərdə 6,8 faiz səs yığa bilib. 

Qeyd edilir ki, Anna Kanopatskaya 2,3 faiz, Andrey Dimitriyev 1,1 faiz səs toplayıblar. Seçkilər baş tutmuş hesab edilir. Yerli vaxtla saat 18:00-a olan məlumata əsasən seçkilərdə 79,01 faiz seçici iştirak edib. Artıq seçki məntəqələri bağlanıb.

Orphus sistemi