ABŞ vətəndaşlarının yarıdan çoxu ölkə iqtisadiyyatının vəziyyətindən narazıdır.
“Report” xəbər verir ki, bunu “CNN”in keçirdiyi exit-poll göstərir.
Qeyd olunub ki, sorğuda iştirak edənlərin ən azı 35% ABŞ iqtisadiyyatının vəziyyətinin “çox yaxşı” olmadığına inanır, yalnız 5%-i vəziyyəti “əla”, 28%-i isə “yaxşı” adlandırıb.
Bundan əlavə, respondentlərin 53%-i inflyasiya səbəbindən “orta çətinliklə” üzləşdiklərini etiraf edib. Eyni zamanda 45%-i həmçinin qeyd edib ki, onların ailəsinin maddi rifahı dörd il əvvəlkindən daha pisdir.