ABŞ-ın əsas ixrac-idxal bankı fəaliyyətini bərpa edəcək

ABŞ-ın əsas ixrac-idxal bankı fəaliyyətini bərpa edəcək ABŞ prezidenti Barak Obama ölkə Konqresinin müvafiq qərarına dəstək verib
Digər ölkələr
5 Dekabr , 2015 01:31
ABŞ-ın əsas ixrac-idxal bankı fəaliyyətini bərpa edəcək

Bakı. 5 dekabr. REPORT.AZ/ ABŞ-ın əsas ixrac-idxal bankı hesab olunan “Eximbank” fəaliyyətini bərpa edəcək. "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Barak Obama ölkə Konqresinin müvafiq qərarına dəstək verib.

"Eximbank” dünyanın müxtəlif regionlarında ABŞ şirkətlərinin rəqabət gücünü artıran amildir. Bu bank yerli hökümətlərin və şirkətlərin amerikalı tərəfdaşlara qarşı inamını artırır", - deyə Obama vurğulayıb.

Xatırladaq ki, ABŞ Konqresinin bəzi üzvləri "Eximbank"-ın dövlət tərəfindən dəstəklənməsinə qarşı çıxmışdı. Bu səbəbdən bu bank iyun ayından etibarən kredit əməliyyatlarını dayandırmışdı.

Qeyd edək ki, hazırda ABŞ-da 150 min insan sözügedən dövlət bankının hesabına işlə təmin olunub. 

Son xəbərlər

Orphus sistemi