Bakı. 10 dekabr. REPORT.AZ/ Fransada etirazçılar - "sarı jiletlilər" ölkə hökumətinə qarşı 25 tələb irəli sürüblər.
Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.
Etirazçılar islahatlar və vergiqoyma üçün ümumxalq məclis yaratmağı, vətəndaşın vəziyyətindən asılı olaraq 25%-dən yüksək vergini ləğv etməyi, minimal əmək haqqı, pensiya və yaşayış minimumunu 40% qaldırmağı, dövlət infrastrukturun fəaliyyəti üçün yeni iş yerlərinin yaradılmasını, 5 milyon vahid əlyetən mənzilin tikintisinə başlamağı, bank monopoliyasını azaltmağı, daxili borcu silməyi, xalqın tamhakimliyi üçün konstitusiyanı yenidən yazmağı, eləcə də məhkum olunmuş şəxslərin seçkili vəzifə tutmasına ömürlük qadağa qoymağı tələb edirlər.
Bunlarla yanaşı, aksiyaçılar Fransanın
Xatırladaq ki, bu gün axşam Fransa Prezidenti Emmanuel Makron müraciətlə çıxış edəcək. Onun maliyyə və digər problemlərin həllinə yönəlmiş bir sıra tədbirlər barədə məlumat verəcəyi planlaşdırılır.