Estoniyanın ilk qadın prezidenti vəzifəsinin icrasına başlayıb

Estoniyanın ilk qadın prezidenti vəzifəsinin icrasına başlayıb Kersti Kalyulayd parlamentdə and içib
Digər ölkələr
10 Oktyabr , 2016 17:02
Estoniyanın ilk qadın prezidenti vəzifəsinin icrasına başlayıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Estoniya parlamentində ölkə tarixində ilk qadın prezident olan Kersti Kalyulaydın təntənəli andiçmə mərasimi keçirilib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, o, and işdikdən sonra rəsmən səlahiyyətlərinin icrasına başlayıb.

Dövlət başçısı postunu tərk edən Toomas Hendrik İlves K.Kalyulayda prezident nişanını - qızıl ulduzlu döş zəncirinı təqdim edib.

Xatırladaq ki, K.Kalyulayd oktyabrın 3-də parlamentin deputatları tərəfindən prezident seçilib. 101 deputatdan 81-i onun lehinə səs verib.

Son xəbərlər

Orphus sistemi