Estoniyanın baş naziri yol qəzasına düşüb

Estoniyanın baş naziri yol qəzasına düşüb Qəza zamanı Yuri Ratas maşında olub
Digər ölkələr
25 Oktyabr , 2017 21:43
Estoniyanın baş naziri yol qəzasına düşüb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Estoniyanın baş naziri Yuri Ratasın avtomobili çərşənbə günü paytaxt Tallində yol qəzasına düşüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Postimees" qəzeti yazıb.

İlkin məlumata görə, hökumət başçısı maşında olub və heç bir xəsarət almayıb.

"Tallinin mərkəzindəki Dram Teatrının qarşısında baş nazirin "Audi" markalı xidməti maşınına yandan "Mercedes" markalı yolsuzluq avtomobili çırpılıb. Qəza zamanı Ratas maşında olub. Şahidlərin sözlərinə görə, baş nazir maşından düşüb və mühafizəçilərin avtomobilinə minərək hadisə yerini tərk edib", — deyə məlumatda bildirilir.

Estoniyanın Polis və Sərhəd mühafizəsi Departamenti hələ ki, informasiyanı təsdiq etməyib.

Son xəbərlər

Orphus sistemi