Estoniyada təhlükəsizlik vergisi tətbiq ediləcək

Estoniyada təhlükəsizlik vergisi tətbiq ediləcək Estoniya parlamenti 2028-ci ilə qədər təhlükəsizlik vergisinin tətbiq edilməsinin tərəfdarı olub.
Digər ölkələr
13 Dekabr , 2024 01:23
Estoniyada təhlükəsizlik vergisi tətbiq ediləcək

Estoniya parlamenti 2028-ci ilə qədər təhlükəsizlik vergisinin tətbiq edilməsinin tərəfdarı olub.

“Report” xəbər verir ki, bu barədə ERR teleradio şirkəti məlumat yayıb.

Qəbul edilmiş qanuna əsasən, Estoniyanın müdafiə qabiliyyətini artırmaq üçün əlavə vergi gəlirləri əldə etmək məqsədilə Estoniyada 2028-ci ilin sonuna qədər təhlükəsizlik vergisi tətbiq ediləcək.

Fiziki və hüquqi şəxslərin gəlir vergisinin iki faiz bəndi artırılmasını özündə ehtiva edən qanunu 53 deputat dəstəkləyib, 27 deputat onun qəbulunun əleyhinə səs verib.

Qeyd edək ki, Estoniya müdafiə xərclərini 2025-ci ildə ÜDM-in 4%-nə qədər artırmağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi