Estoniyada pilotsuz avtobuslar istifadəyə verilib

Estoniyada pilotsuz avtobuslar istifadəyə verilib Pilot layihə avqustun sonunadək davam edəcək
Digər ölkələr
29 İyul , 2017 21:40
Estoniyada pilotsuz avtobuslar istifadəyə verilib
Foto: Global Look Prees

Bakı. 29 iyul. REPORT.AZ/ Estoniyanın Avropa İttifaqı Şurasına sədrliyi proqramının pilot layihəsi çərçivəsində Tallində pilotsuz avtobuslar sərnişin daşınmasına başlayıb.

"Report" xəbər verir ki, bu barədə Estoniyanın ERR teleradioyayım portalına istinadən RİA "Novosti" məlumat yayıb.

Səkkiz nəfər tutumu olan iki avtobus sərnişinləri Viru meydanından "Mədəniyyət qazanı" yaradıcılıq mərkəzinə qədər olan marşrut üzrə pulsuz daşıyacaq.

Hər bir avtobusda sərnişinləri yeni texnologiya ilə tanış edəcək müşayiətçi işləyir.

Pilot layihə avqustun sonunadək davam edəcək.

Son xəbərlər

Orphus sistemi