Estoniyada sağ Liberal İslahat Partiyası oktyabrın 17-də keçirilən yerli seçkilərdə onlayn səsvermədə ən çox səs toplayıb.
"Report" xəbər verir ki, bu barədə
Seçkilərdə ümumilikdə 263 566 nəfər internet vasitəsilə səs verib ki, bu da rekord göstəricidir. Səslərin böyük əksəriyyətini (64 459) hakim koalisiyaya rəhbərlik edən Liberal İslahat Partiyası qazanıb.
Rusdilli seçicilərin maraqlarını müdafiə edən Mərkəz Partiyası 42 748 səs toplayaraq İnternet səsverməsində ikinci yeri tutub. Ardınca mühafizəkar Vətən Partiyası (25 804 səs), Mühafizəkar Xalq Partiyası (24 232), "Estoniya 200" liberal partiyası (23 514) və Sosial-Demokrat Partiyası (17 293) gəlir.
Səsvermədə seçicilərin 54,7%-i iştirak edib.