Estoniyada ictimai tədbirlərin keçirilməsi qadağan edildi

Estoniyada ictimai tədbirlərin keçirilməsi qadağan edildi Estoniyada koronavirusa görə cari ilin may və iyun aylarında ictimai tədbirlərin keçirilməsinə icazə verilməyəcək.
Digər ölkələr
27 aprel 2020 22:44
Estoniyada ictimai tədbirlərin keçirilməsi qadağan edildi

Estoniyada koronavirusa görə cari ilin may və iyun aylarında ictimai tədbirlərin keçirilməsinə icazə verilməyəcək.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Estoniya hökumətinin Rabitə Bürosu məlumat yayıb.

“Nazirlər Kabinetinin bu gün keçirilən iclasında yaz-yay dövründə ictimai tədbirlərin keçirilməsinin mümkünlüyü müzakirə edilib və ölkə ərazisində may və iyun aylarında bu cür tədbirlərin keçirilməməsi barədə qərar qəbul edilib.”-deyə, məlumatda bildirilib.

Qeyd edək ki, Estoniyada 1 647 nəfər koronavirusa yoluxub, 50 nəfər pandemiyanın qurbanı olub. 

Son xəbərlər

Orphus sistemi