Yuxarı
    Bağlamaq

    Estoniyada genişmiqyaslı NATO təlimləri başlayıb

    Təlimlərdə 13 ölkədən təxminən 9 min hərbçi iştirak edəcək

    Bakı. 8 may. REPORT.AZ/ Bu gün Estoniyada NATO-nun "Bahar fırtınası-2017" adlı genişmiqyaslı beynəlxalq təlimləri başlayır. Təlimlərdə təxminən 9 min hərbçi iştirak edəcək.

    "Report" xəbər verir ki, bu barədə Estoniyanın Müdafiə Qüvvələrinin Baş Qərargahından bildiriblər.

    Baş Qərargahın məlumatında qeyd olunub ki, manevrlər Estoniyanın şimal-şərqində, Rusiya ilə sərhəd yaxınlığında baş tutacaq.

    NATO təlimlərində Estoniya hərbçiləri ilə yanaşı, 13 ölkədən 2,3 min əcnəbi hərbçi iştirak edəcək, təlimlər mayın 8-dən 26-dək davam edəcək.

    Təlimlərdə NATO-nun Estoniyada yerləşən beynəlxalq batalyonuna daxil olan 800-dən çox britaniyalı, eləcə də bu batalyondan 300-ə qədər fransız hərbçi iştirak edəcək. Almaniya təlimlərə təxminən 400 hərbçi göndərəcək. ABŞ, Latviya və Litva bölük miqyasında hərbçi dəstəyi verəcək. Təlimlərdə eyni zamanda, Hollandiya, Polşa, Kanada, Finlandiya, Ukrayna, İspaniya və Gürcüstandan hərbçilər iştirak edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi