Estoniyada alim prezidentliyə namizəd oldu

Estoniyada alim prezidentliyə namizəd oldu Estoniyanın hakim koalisiyası Elmlər Akademiyasının rəhbəri, Tətbiqi Riyaziyyat üzrə alim Tarmo Soomerenin Baltikyanı respublikanın prezidenti vəzifəsinə namizədliyini təsdiqləyib.
Digər ölkələr
3 Avqust , 2021 01:34
Estoniyada alim prezidentliyə namizəd oldu

Estoniyanın hakim koalisiyası Elmlər Akademiyasının rəhbəri, Tətbiqi Riyaziyyat üzrə alim Tarmo Soomerenin Baltikyanı respublikanın prezidenti vəzifəsinə namizədliyini təsdiqləyib.

Bu barədə “Report”Estoniya Televiziya və Radio” portalına istinadən məlumat verir.

Qərar Elmlər Akademiyasının rəhbəri ilə görüşdən sonra açıqlanıb.

“Estoniyalı siyasətçilər çox peşəkardırlar. Peşəkarlıq dedikdə müstəsna nəzakəti də nəzərdə tuturam”,-deyə, Tarmo Soomere bildirib.

Qeyd edək ki, Estoniyada növbəti prezident seçkiləri 10 avqust - 29 sentyabr tarixlərində keçiriləcək. Birincisi, parlament dövlət başçısını seçməyə çalışacaq. Deputatların səsverməsi müsbət nəticələnməsə, 208 nəfərdən (107 yerli hökumət nümayəndəsi və 101 millət vəkili) ibarət seçki kollegiyası çağırılacaq.

Son xəbərlər

Orphus sistemi